Claude Code terminalda işləyən AI-agentdir: layihənin fayllarını oxuyur, kod yazır və əmrləri işə salır. Nəticənin keyfiyyəti isə tapşırığı necə qoymağından asılıdır. Gəlin kiçik bir funksiyanı başdan sona keçək.
Layihə üçün CLAUDE.md yaz
CLAUDE.md — agentin hər sessiyada oxuduğu qaydalar faylıdır. Buraya layihənin stack-ini, işə salma əmrlərini və kod qaydalarını yaz. /init əmri ilk variantı özü hazırlayır, sən isə onu qısaldıb düzəldirsən.
# Layihə Next.js + TypeScript, testlər — Vitest. # Əmrlər npm run dev, npm run test # Qaydalar - any istifadə etmə - Hər yeni funksiyaya test yaz
Əvvəl plan, sonra kod
Plan rejimində (Shift+Tab) agent faylları dəyişmir: kodu oxuyur və addım-addım plan təklif edir. Planı oxu, səhv fərziyyələri düzəlt və yalnız bundan sonra icraya icazə ver.
Kodu yoxla
- Testləri işə sal və nəticəyə özün bax
git diffilə hər dəyişikliyi oxu- Başa düşmədiyin sətri agentdən izah etməsini istə
- Tapşırıqda olmayan dəyişiklikləri geri qaytar
Pull Request aç
Dəyişiklik hazır olanda ayrıca branch-da commit et və Pull Request aç. Claude Code PR-ın təsvirini yaza bilər, amma müəllif sənsən: review-da hər sətri izah etməlisən. HTMLLAB-da ev tapşırıqları məhz belə təhvil verilir.
