Bakıda adi qruplarda 10–15 tələbə olur. Belə qrupda müəllim hamının kodunu görməyə çatmır və suallar çox vaxt dərsdən sonraya qalır. Biz qrupu bilərəkdən kiçik saxlayırıq: maksimum 5 nəfər.
Müəllim sənin kodunu görür
Praktika dərsində hər tələbə tapşırığı özü yazır, müəllim isə ekranına baxır və səhvləri birlikdə təhlil edir. Ev tapşırığı GitHub-da Pull Request ilə təhvil verilir və hər biri şəxsən yoxlanılır.
Canlı dərs yarımçıq qalmır
Video kursu istənilən vaxt dayandırmaq asandır. Canlı dərsdə isə qrup, cədvəl və müəllim var: sual verirsən, dərhal cavab alırsan və növbəti həftəyə hazır gəlirsən.
Həftəsonu formatı
- Şənbə — nəzəriyyə və live-coding, 3 saat
- Bazar — praktika və səhvlərin təhlili, 3 saat
- Həftə içi — ev tapşırığı və mini-layihələr, 6–10 saat
Formatı özün yoxlamaq istəyirsənsə, ilk dərs pulsuzdur: müəllimi, tempi və qrupu görüb sonra qərar verirsən.
#htmllab#format
